Qərbi Avropa ölkəsi Lüksemburqda 3 il əvvəl başlayan ictimai nəqliyyatın pulsuz olduğu dövr hələ də davam edir. Ölkədəki bu vəziyyətdən həm vətəndaşlar, həm də turistlər çox razıdırlar.
Sosial.tv xəbər verir ki, Qərbi Avropa ölkəsi olan Lüksemburqda vətəndaşlar və turistlər 3 ildir ki, ictimai nəqliyyata 5 sent belə ödəmirlər. Lüksemburq həm də dünyada ictimai nəqliyyatın tamamilə pulsuz olduğu ilk ölkə kimi tarixə düşüb. 1 mart 2020-ci ildə istifadəyə verilən tətbiq problemsiz davam edir.

Sərnişinlər bilet almadan və şəxsiyyət vəsiqəsi göstərmədən ölkə daxilində qatar, tramvay və avtobuslardan pulsuz istifadə edə bilərlər. 640 min əhalisi olan ölkədə təkcə vətəndaşlar deyil, həm də hər il ölkəyə gələn milyonlarla turist üçün ictimai nəqliyyat pulsuzdur.
Belçika, Almaniya və Fransa kimi qonşu ölkələrdən işləmək üçün hər gün Lüksemburqa gedənlər də tətbiqdən yararlanır. Lüksemburq, 1000 nəfərə 670 avtomobil olmaqla, Aİ-də adambaşına düşən avtomobillərin sayına görə ən yüksək yerlərdən birinə malikdir.
Lüksemburq hökumətinin pulsuz ictimai nəqliyyat tətbiqinin səbəbi ictimaiyyəti avtomobil vərdişindən çəkindirməkdir.
Mənbə: Anadolu Agentliyi
Aynur Camal
Mənbə: Anadolu Agentliyi
Aynur Camal