Siçanı öldürən hər kəsə həbs cəzası veriləcək

DÜNYA 22 sen 2023, 12:37
 Ölkədə təsdiqlənən yeni heyvan rifahı qanununda, siçanlar da daxil olmaqla, onurğalı heyvanı vurmaq, yaralamaq və ya öldürmək həbs və ya cərimə ilə cəzalandırılacaq, “ev heyvanı” ifadəsi “onurğalı heyvan” olaraq dəyişdiriləcək.
 Sosial.tv xəbər verir ki, bu dəfə heyvanlara verilən hüquqlarla bağlı qanun İspaniyada hazırlanıb.
 Belə ki, İspaniya Konqresinin təsdiqlədiyi cinayət məcəlləsinə edilən düzəlişdə, ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün “6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş” cəzasını nəzərdə tutulur.
  Onurğalı heyvanlar kateqoriyasına onurğa və kəllə sümüyü olan skeleti olan hər hansı bir heyvan daxildir. İt, siçan, kərtənkələ üçün də keçərlidir. Belə ki, balıq, siçan, it və ya kərtənkələnin öldürülməsi eyni şəkildə cəzalandırılır.
 Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün 6 aydan 18 aya qədər həbs cəzası tələb olunur.
 Dəyişiklik həm də o deməkdir ki, əgər evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olarsa, polisə məlumat verilərsə, onu 3 aydan 12 aya qədər həbs cəzası gözləyir.
 Xəsarət almadan pis rəftara məruz qalma hallarında “bir aydan iki aya qədər cərimə və ya bir gündən otuz günədək dövlət qulluğu cəzası” tətbiq ediləcək.
 Yəni itinin ipini çəkən və ya pis danışan şəxs cəzalandırıla bilər.
Mənbə: EnSonHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top