Xərçəng müalicəsində yarasa dövrü başladı: 200 il yaşayır, xəstələnmir

DÜNYA 22 sen 2023, 11:34
 Yarasalar Covid-19 pandemiyası ilə əlaqəsi ilə məşhurdur, lakin bu heyvanlar xərçəngin müalicəsinin sirrini özündə saxlayır.
 Sosial.tv xəbər verir ki, ABŞ-dan edilən yeni bir araşdırma, bəzi yarasa növlərinin təxminən 200 il yaşamasına baxmayaraq, onları xərçəng şişlərinə qarşı immunitetli edə bilən 50-dən çox unikal gen daşıdığını ortaya qoyub. Elm adamları, araşdırmanın insanlarda xərçəngin qarşısını almaq və müalicə etmək üçün yarasalardan ilham alan xərçəng müalicəsinin inkişafı yolunda ilk addım olduğunu açıqlayıblar.
 Yarasalar illərlə digər məməlilərin əksəriyyətini öldürən və ya xəstələndirən viruslarla normal yaşamaq qabiliyyəti ilə alimləri çaşdırıblar. ABŞ tədqiqatçıları yarasaların immun sistemlərini daha yaxşı başa düşərək insanlarda xərçəngin qarşısının alınması və müalicəsi yollarını inkişaf etdirə biləcəklərinə inandıqlarını açıqladılar.
 Nyu-Yorkdakı Cold Spring Harbor Laboratoriyasında tədqiqatın baş müəllifi Armin Şeben mövzu ilə bağlı aşağıdakı açıqlamanı verdi:
"XƏRÇƏNGİN MÜALİCƏSİNDƏ YARASALARDAN İSTİFADƏ ETMƏK ÜÇÜN İLK ADDIM"
 “Yarasaların DNT-sində xərçəngə qarşı müqavimət göstərməyə imkan verən antikanser genləri var. Tədqiqatımız yarasalarda genetik dəyişikliklər əldə etmiş şişləri yatıra bilən bir neçə gen müəyyən edir və biz inanırıq ki, bu genlər yarasaların xərçəngə qarşı müqavimət qabiliyyətini digər məməlilərə, o cümlədən insanlardan daha çox artırır. Bizim tapıntılar bu müalicə yolunda ilk addımdır"- deyə vurğulayıb. 
Mənbə: Ntv.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top