Mişel BMT sistemində islahatlara çağırdı

DÜNYA 22 sen 2023, 09:09
 Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel təmsilçiliyin olmaması, xüsusilə veto hüququ və regional təşkilatların artan rolu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) sistemində islahatlar aparılmalı olduğunu bildirib.
 Sosial.tv xəbər verir ki, Mişel BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında deyib: "Bu gün BMT sistemi dalana dirənib və düşmən qüvvələr tərəfindən bloklanıb. Biz çoxtərəfli əməkdaşlığı bərpa etməliyik!"
 "İndiki formada veto hüququ sui-istifadəyə açıqdır. Bu, BMT Təhlükəsizlik Şurasını gücsüz edir. Şuranın daimi üzvü bizim Nizamnaməmizi və beynəlxalq hüququ açıq şəkildə poza bilər. Onun sanksiyalara veto hüququna malik olması daha şok edicidir" deyə Mişel vurğulayıb. 
 BMT Nizamnaməsində Təhlükəsizlik Şurası üzvünün səsverməyə çıxarıldığı zaman səsvermədə bitərəf qalması lazım olduğuna diqqət çəkən Mişel, "Təhlükəsizlik Şurasının digər üzvlərini Rusiyanı da daxil edə biləcəyi halda bu maddəni tətbiq etməyə çağırıram" deyib. 
 Mişel vurğulayıb ki, Aİ "kütləvi vəhşilik" hallarında veto hüququnu məhdudlaşdırmaq məqsədi daşıyan Fransa və Meksikanın təşəbbüsünü dəstəkləyir.
 Aİ Şurasının sədri, "Mən hesab edirəm ki, çoxluğun qərar verməsi və veto hüququndan "mötədil və çevik" istifadəni birləşdirən bir mexanizm yaratmalıyıq".
 BMT Təhlükəsizlik Şurasının mövcud dünya nizamını əks etdirmədiyini deyən Mişel, bir çox regionların ümumiyyətlə təmsil olunmadığına diqqət çəkib. "Təhlükəsizlik Şurasının təmsilçiliyinin olmaması onun legitimliyinə xələl gətirir", - Mişel bildirib.
 BMT-nin legitimliyini artıracaq ünsürlərdən birinin regional təşkilatların daxil olacağına işarə edən Mişel, "Onların daxil olması məhsuldar bir dövr yaradacaq. Bu, regional təşkilatları daha çox əməkdaşlığa sövq edərək, sabitliyinə töhfə verəcək".
 Aİ Şurasının sədri Mişel həmçinin qeyd edib ki, o, tezliklə Aİ, Afrika İttifaqı, Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyi (CELAC) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında BMT katibinin iştirakı ilə sammit təşkil etməyə çalışacaq.
Mənbə: Ntv.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top