İlon Mask beyin çipi üçün könüllülər axtarır

DÜNYA 21 sen 2023, 09:00
  SPACEX və Tesla şirkətlərinin sahibi İlon Maskın beyin implantı şirkəti Neuralink, beyin çipinin insanlar üzərində ilk klinik sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqlayıb.
 Sosial.tv  xatırladır ki, keçən il FDA Neuralink-in insan sınaqlarını sürətləndirmək tələbini rədd etmişdi.
 Şirkətdən verilən açıqlamada, təsdiqdən sonra Neuralinkin klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını (çip) sınaqdan keçirmək üçün könüllü xəstələr axtardığı bildirilib.
 Altı il davam etməsi planlaşdırılan təcrübələrdə implantın onurğa beyni zədələnməsi nəticəsində iflic keçirən xəstələr üzərində sınaqdan keçiriləcəyi paylaşılsa da, tədqiqatların harada və neçə iştirakçı ilə aparılacağı bildirilməyib.
 Daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən implantın beyindəki siqnalları müvəffəqiyyətlə şərh edərək cihazlara köçürdüyü iddia edilib. Klinik sınaqlar nəticəsində beyin implantının təhlükəsiz olduğu sübut edilsə də, ekspertlər Neuralink-in kommersiya istifadəsinə icazə alması üçün 10 ildən çox vaxt lazım ola biləcəyini hesab edirlər. İllər əvvəl ABŞ mətbuatında əks olunan xəbərlərdə şirkətin keçmiş işçiləri heyvanlar üzərində aparılan təcrübələrlə bağlı mənfi təcrübələr yaşadıqlarını bildirmişdilər. Sözügedən çip robot vasitəsilə beynin hərəkəti idarə edən hissəsinə cərrahi yolla daxil ediləcək. İştirakçılardan kompüter kursorunu və ya klaviaturanı yalnız düşüncə gücü ilə idarə etmələri gözlənilir.
Mənbə: Hurriyet.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top