Livanın paytaxtı Beyrutun şimalında yerləşən Avkarda ABŞ səfirliyinin binası yaxınlığında naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edilib.
Sosial.tv xəbər verir ki, Səfirliyin sözçüsü Ceyk Nelson hücumdan sonra verdiyi açıqlamada “Heç kim xəsarət almayıb və səfirlik təhlükəsizdir. Biz ev sahibi ölkənin hüquq-mühafizə orqanları ilə sıx əlaqə saxlayırıq"- deyib.
Xatırladaq ki, 40 il əvvəl Beyrutdakı ABŞ səfirliyinə Hizbullah tərəfindən hücum təşkil edilmiş və hücumda 63 nəfər həyatını itirmişdi. Qanlı hücumdan sonra səfirlik binası paytaxt Beyrutdan ölkənin şimalındakı Avkar şəhərinə köçürülüb. Səfirlik binası Avkar şəhərinə köçürüldükdən sonra 1984-cü il sentyabrın 20-də növbəti bombalı hücum həyata keçirilib.
Mənbə: Hurriyet.Tr
Aynur Camal