Döyüş təyyarəsi uçuş zamanı qəzaya uğradı

DÜNYA 21 sen 2023, 13:58
 Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus KF-16 tipli döyüş təyyarəsinin Seosan şəhərindəki bazadan qalxarkən qəzaya uğradığı, pilotun səhhətinin yaxşı olduğu açıqlanıb.
 Cənubi Koreya ordusuna məxsus döyüş təyyarəsinin uçuş zamanı qəzaya uğradığı bildirilib. Cənubi Koreya Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, 20-ci Qırıcı Eskadronda xidmət edən KF-16 tipli təyyarənin paytaxt Seulun cənub-qərbindəki Seosan şəhərindəki bazadan qalxarkən naməlum səbəbdən qəzaya uğradığı bildirilib.
 Təyyarədən tullanmağı bacaran pilotun səhhətinin yaxşı olduğu və xəstəxanada müşahidə altında olduğu, baza daxilində baş verən qəzada mülki vətəndaş itkisinin olmadığı bildirilib. Cənubi Koreya Hərbi Hava Qüvvələri komandanının müavini general-leytenant Li Sanq-Hakın rəhbərlik etdiyi qrup qəzanın səbəbləri ilə bağlı ətraflı araşdırmaya başlayıb.
  Xatırladılıb ki, keçən ilin noyabrında Cənubi Koreya Hərbi Hava Qüvvələrinin 19-cu Qırıcı Eskadrilyasının daha bir KF-16 qırıcısı mühərrikin yanacaq nasosunun nasazlığı səbəbindən qəzaya uğramışdı.
  Koreya Aviasiya Sənayesi (KAI) tərəfindən ABŞ mənşəli F-16 lisenziyası ilə istehsal olunan KF-16-lar 1994-cü ildən Cənubi Koreya Hərbi Hava Qüvvələrinin donanmasındadır.
Mənbə: Hurriyet.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top