Azərbaycan Qarabağ erməniləri ilə görüşdü

DÜNYA 21 sen 2023, 13:47
 Azərbaycan nümayəndə heyəti ilə Qarabağ ermənilərinin nümayəndə heyəti Yevlaxda görüşüb. Sosial.tv xəbər verir ki, görüşdə Rusiya nümayəndə heyətinin nümayəndəsi də iştirak edib. 
 Azərbaycanın bir gün əvvəl başlatdığı antiterror əməliyyatı sürətli nəticə verib və dünən Qarabağdakı erməni separatçıları silahı yerə qoyub, özlərini ləğv etmək qərarına gəliblər.
 Azərbaycan dövləti Qarabağdan gələn nümayəndə heyəti ilə görüşəcəyini bəyan etmişdi. Azərbaycanın Yevlax şəhərinə gələn Qarabağ ermənilərinin nümayəndə heyəti ilə Azərbaycan rəsmiləri arasında görüş başa çatıb.
 Masada Azərbaycan və Qarabağın Ermənistan nümayəndə heyətləri ilə yanaşı, Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri də olub. Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti yaxından maraqlandıran görüşü bir çox xarici jurnalistlərlə yanaşı, Azərbaycan və Türkiyə mətbuatı da izləyib.
 İclasın əsas gündəliyi Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası olub.
Kremldən verilən məlumata görə isə, Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Əliyev antiterror əməliyyatı çərçivəsində həlak olan rus əsgərlərinə görə üzr istəyib. Onun danışıqlar üçün Azərbaycanın Yevlax şəhərini seçməsi diqqət çəkib. Çünki burada ilk erməni blokadası 1988-ci ildə başlayıb və işğal üçün zəmin hazırlanıb.
Mənbə: Ntv.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top