Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbu əl-Qeytlə görüşündə Rusiyanın “təcriddən əziyyət çəkdiyini” deyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında məlumat verib.
Sosial.tv-nin əldə etdiyi məlumata görə, Lavrov və əl-Qeyt arasında görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub. Diplomatlar Yaxın Şərq və Şimali Afrikada münaqişələrin həlli üzrə Rusiya və Ərəb Liqası arasında qarşılıqlı fəaliyyəti müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, tərəflər Rusiya-Ərəb Əməkdaşlıq Forumunun (RAFC) VI nazirlər sessiyasının keçirilməsi barədə qərar qəbul ediblər.

Bundan əvvəl BMT Baş Assambleyasında Lavrov qlobal münaqişə risklərinin artdığını bəyan edib və iştirakçıları beynəlxalq təşkilatın nizamnaməsinin bütün müddəalarını yerinə yetirməyə çağırıb. O qeyd edib ki, Qərb yalnız öz geosiyasi ehtiyaclarından asılı olaraq qanuni norma və prinsiplərə müraciət edir.
Mənbə: mail.ru
Aynur Camal
Mənbə: mail.ru
Aynur Camal