
Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları parlament binası qarşısına toplaşaraq Paşinyanı istefaya dəvət ediblər.
Sosial.tv xəbər verir ki, Azərbaycan ordusunun Qarabağda başlatdığı antiterror əməliyyatından sonra Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana qarşı Qarabağdakı separatçılara dəstək vermədiyini əsas gətirərək aksiyalarını davam etdirir.
Ermənistanın paytaxtı İrəvanda parlament binası qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə toplaşan nümayişçilər ilə polis arasında dava düşüb.
Etiraz səbəbilə parlament binası qarşısındakı küçə və prospektlər nəqliyyata bağlanarkən, polis parlament binası qarşısında sıx təhlükəsizlik tədbirləri görüb.
Müxalifət liderlərinin çıxış etdiyi aksiya zamanı bəzi nümayişçilər parlament binasına girməyə cəhd ediblər.
Polislə nümayişçilər arasında dava baş verərkən, bəzi nümayişçilər saxlanılıb.
Mənbə: İLKHA
Aynur Camal
Mənbə: İLKHA
Aynur Camal