Kiyev Krım körpüsünü vurmaq üçün ATACMS raketlərindən istifadə edə bilər

DÜNYA 25 apr 2024, 12:33 171
Sosial.tv Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi və Çeçenistanın “Axmat” bölməsinin komandiri Apti Alaudinov bildirib.
Onun sözlərinə görə Kiyev Krım körpüsünü ATACMS raketlərindən istifadə etməklə vurmağa cəhd edəcəyi üçün Birləşmiş Ştatlar əslində Ukraynaya hərbi yardım göstərməklə terror fəaliyyətini maliyyələşdirir.
Çərşənbə günü ABŞ prezidenti Co Bayden Konqres tərəfindən qəbul edilən Ukraynaya hərbi yardım paketini imzalayıb. ABŞ-nin Ukraynaya silah tədarükünün bu həftənin sonunda bərpa ediləcəyi gözlənilir.
"Biz başa düşməliyik ki, ABŞ-nin Ukraynaya göstərməyə çalışdığı bu yardım paketi əvvəlcə Ukraynanın döyüş meydanında qeyri-adi bir iş görməsinə imkan yaratmaq məqsədi daşıyırdı. Bu pulun üçdə ikisi açıq şəkildə Amerikada qalacaq. Və onun bir hissəsi, ATACMS və digər silahlar şəklində Ukraynaya gedəcək Onların Krım körpüsünü vurmağa cəhd edə biləcəyi istisna edilmir” - deyən Alaudinov bildirib ki, Rusiya ordusu bu cür hücumları dəf etmək üçün əlindən gələni edəcək.

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top