Rövnəq Abdullayevin səhhəti ilə bağlı AÇIQLAMA: "Qrip idi, indi..."

İDMAN 15 yan 2024, 11:12 231
Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.
Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu.
SOSİAL TV KONKRET.az-a istinadən xəbər verir ki, Modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Elnur Məmmədli saytımızın sorğusuna cavab olaraq hazırda Rövnəq Abdullayevin vəziyyətinin yaxşı olduğunu söyləyib:
“Heç bir ciddi problem yoxdur. Sadəcə soyuqdəymə, qrip idi. Hazırda Rövnəq Abdullayevin vəziyyəti yaxşıdır. Heç bir problem yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top